×
A
A
A
Sazlamalar

Bakıda Rusiya teatrının qastrolları olacaq

Bakı, 29 mart, AZƏRTAC

İyulun 1-dən 9-dək “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Peşəkar Milli Teatrının yaradılmasının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk vilayəti Hökumətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda Vladivostokdan Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrının qastrolları olacaq (Primorsk vilayəti, Rusiya).
Uzaq Şərqin klassik rus psixoloji teatrının ənənələrini qoruyub saxlayan orijinal və parlaq qocaman akademik teatrı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram teatrının səhnəsində ilk dəfə olaraq ən gözəl tamaşalarını – “Master və Marqarita” (12+), “Anma duası” (12+), “İvanov” (12+), “Edit və onun şeytanları” (12+), “Nə yardan doyur, nə əldən qoyur,” (12+), “Kreyserlər” (12+) nümayiş etdirəcək. AZƏRTAC bu barədə Rus Dram Teatrının saytına istinadla xəbər verir.
Biletləri şəhərin kassalarında, eləcə də iticket.az saytında onlayn əldə etmək olar.

Mədəniyyət 2023-03-29 17:24:00