Bakıxanov qəsəbəsində “Uğur” dönər satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 29 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində Bakının Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, ticarət mərkəzində fəaliyyət göstərən fiziki şəxs Əzizova Şamama Camal qızına məxsus “Uğur” dönər evində yoxlama həyata keçirilib.
Yoxlama zamanı qida obyektində texniki normativ-hüququ aktların tələblərinin pozulduğu, sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçilərin dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib. Həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinə dair müqavilə ilə akt yoxlamaya təqdim olunmayıb.
Aşkarlanmış pozuntularla bağlı obyektin sahibi inzibati qaydada məsuliyyətə cəlb edilib. Həmçinin müəssisədə istehsalın dayandırılması ilə əlaqədar məhdudlaşdırıcı qərar qəbul olunub. Eyni zamanda “Uğur” dönər evinin rəhbərliyinə icrası məcburi göstərişlər verilib və qanunvericiliyin tələbləri izah edilib.
Tanınmışlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin səhnəsində
Qida təhlükəsizliyi sahəsində fərqlənən bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilib
Xırdabuynuzlu heyvanların taunu xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək
AQTA Rusiya istehsallı alkoqollu içkilərlə bağlı əhaliyə müraciət edib