Martın 29-da Azərbaycanda COVID-19 əleyhinə 246 doza vaksin vurulub
Bakı, 29 mart, AZƏRTAC
Martın 29-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 246 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 146, ikinci doza vaksinlərin sayı 50, üç və daha çox doza vaksinlərin sayı 38, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 12-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 953 min 878, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 406 min 131, ikinci mərhələ üzrə 4 milyon 879 min 951, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 883, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 913-dür.
Günəşin mənfi təsirlərindən qorunmaq üçün yayda dəriyə qulluq vacibdir
Mayın 27-də Azərbaycanda COVID-19 əleyhinə 101 doza vaksin vurulub
Mayın 27-də Azərbaycanda COVID-19 infeksiyasına 9 yoluxma faktı qeydə alınıb
Serebral iflicin müalicəsində əsas məqsəd uşağın həyat keyfiyyətini mümkün qədər artırmaqdır
ÜST başçısı tütün istehsalına pul ayırmağı dayandırmağa çağırıb