×
A
A
A
Sazlamalar

Şəkər istehlakını azaldan xüsusi qaşıq istehsal olunub

Bakı, 29 mart, AZƏRTAC

ABŞ tədqiqatçıları şəkər istehlakını azalda bilən xüsusi qaşıq hazırlayıblar.
AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, Kaliforniya Universitetinin tədqiqatçıları liqand adlanan molekul təbəqəsi ilə örtülmüş qabarları olan xüsusi qaşıqlar sayəsində şəkər əlavə etmədən yeməyin dadını daha şirin duymaq olacaq.
Hazırlanan xüsusi qaşıq fizioloji reaksiyaya başlamaq üçün hüceyrələrdəki xüsusi reseptorlarla qarşılıqlı əlaqədə olan liqand molekulu adlanan kimyəvi maddə ilə örtülüb. Beləliklə, qaşıq heç bir şəkər istehlak etmədən dadbilmə orqanlarında müəyyən şirinlik reseptorlarını stimullaşdırır.
Tədqiqatçılar qeyd ediblər ki, qaşığın hədəf auditoriyası diabet xəstələri və ya şəkər istehlakını azaltmaq istəyənlərdir.
Bristol Universitetində biokimya üzrə tədqiqatçı olan və layihədə iştirak etməyən Karl Mey deyib: “Bu qaşıq sözün əsl mənasında beynimizi aldadacaq”.
Süni dadlandırıcılara alternativ olan xüsusi qaşığın tədqiqatçıları bu yaxınlarda biotexnologiya üzrə yeni ideyaları nümayiş etdirən "Biodesign Sprint 2022" müsabiqəsində mükafat qazanıblar.

Səhiyyə 2023-03-29 14:38:00