×
A
A
A
Sazlamalar

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar

Bakı, 29 mart, AZƏRTAC

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki nəfər sürücülük hüququndan məhrum edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İmişli rayon sakini Hüseyn Hüseynzadənin idarə etdiyi “Mercedes” və Lənkəran rayon sakini Ağasəlim Məmmədzadənin idarə etdiyi “Khazar” markalı avtomobillər Abşeron rayonu ərazisində saxlanılıblar.
Polis əməkdaşları hər iki sürücünün narkotik vasitə qəbul etdiyini müəyyənləşdiriblər. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 327-ci, 332-ci, 333-cü və 342-ci maddələri ilə protokollar tərtib olunub.
Məhkəmənin qərarı ilə Hüseyn Hüseynzadə 2 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 7 gün müddətində inzibati qaydada həbs, Ağasəlim Məmmədzadə isə 2 il müddətinə sürücülük hüququndan məhrum olunmaqla 400 manat məbləğində cərimə edilib.

Hadisə 2023-03-29 13:48:00