Paytaxt sakininə qarşı quldurluq edilib
Bakı, 29 mart, AZƏRTAC
Paytaxt sakininə qarşı quldurluq əməli törətməkdə şübhəli bilinən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 24-də Bakı şəhər sakini S.Qasımovu bıçaqla hədələyib mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nicat Kərimli və Tural Həmidov Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müəyyən olunaraq saxlanılıblar.
Həmin şəxslərin üzərində axtarış aparılarkən onlardan heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
“Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən şəxs barəsində inzibati həbs tətbiq olunub
DYP Bakıda reyd keçirib, qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib
Qusarda iki maşın toqquşub, ölən və xəsarət alanlar var
FHN-in xilasediciləri intihara cəhdin qarşısını alıb VİDEO
Şəmkir şəhərində və Zəyəm qəsəbəsində yaşayış evlərini su basıb VİDEO