×
A
A
A
Sazlamalar

Azərbaycan Basketbol Federasiyasının prezidenti Parisdə fransalı həmkarı ilə görüşüb

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Parisdə Fransa Basketbol Federasiyasının prezidenti Jan-Piyer Siyuta ilə görüşüb.
ABF-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsi və qarşıdakı planlar barədə müzakirələr aparılıb.
Görüşün sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, mayda Almaniyanın Münxen şəhərində keçiriləcək seçkilərdə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) Avropa üzrə prezidentliyinə iki namizəddən biri məhz Jan-Piyer Siyutadır.

İdman 2023-03-29 12:57:00