İçərisində 17,8 min manat olan çanta oğurlanıb
Bakı, 29 mart, AZƏRTAC
Nizami rayonu ərazisində oğurluq əməlində şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 28-də Nizami rayonu ərazisində Bakı şəhər sakininin içərisində 17 min 800 manat məbləğində pul olan çantasının oğurlanması barədə polisə məlumat verilib. Oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Rövşən Quliyev keçirilən operativ tədbirlərlə müəyyən olunaraq saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
“Tik-tok”da polisə qarşı nalayiq ifadələr səsləndirən şəxs barəsində inzibati həbs tətbiq olunub
DYP Bakıda reyd keçirib, qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib
Qusarda iki maşın toqquşub, ölən və xəsarət alanlar var
FHN-in xilasediciləri intihara cəhdin qarşısını alıb VİDEO
Şəmkir şəhərində və Zəyəm qəsəbəsində yaşayış evlərini su basıb VİDEO