Bərdədə 8500 hektardan çox sahədə pambıq becəriləcək
Bərdə, 29 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Bərdədə fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə hazırlaşırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq 1184 istehsalçı ilə 3950,48 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 2350 hektarı “Azərpambıq” MMC, 1850 hektarı “P-Agro” MMC, 200 hektarı “Aztəsərrüfat” MMC və 150 hektarı “Namaz” MMC olmaqla, 8500,48 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Pambıq becəriləcək sahələr şumlanıb, qış aratına qoyulub.
Kütləvi çiyid səpininə aprelin 10-da başlanacaq.
Neftçalada respublika üzrə mövsümün ilk taxıl biçininə start verilib
Ağcabədi kümçüləri mövsümün ilk günündə 957 kiloqram barama təhvil veriblər
Tərtərli kümçülər barama tədarükünə başlayıblar
Lənkəranda ilk çay yığımına başlanılıb FOTO VİDEO
“Yaş baramanın alış qiyməti artırılarsa, bu sahəyə maraq daha çox olar” - zaqatalalı kümçü