×
A
A
A
Sazlamalar

Martın 28-də Azərbaycanda COVID-19 əleyhinə 595 vaksin vurulub

Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 595 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 331, ikinci doza vaksinlərin sayı 107, üç və daha çox doza vaksinlərin sayı 130, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 27-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 953 min 632, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 405 min 985, ikinci mərhələ üzrə 4 milyon 879 min 901, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 845, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 901-dir.

Səhiyyə 2023-03-28 20:47:00