×
A
A
A
Sazlamalar

Yaz sessiyasında 2758 tələbə təhsil krediti alıb

Bakı, 28 mart, AZƏRTAC
2022-2023-cü tədris ilinin yaz semestrində təhsil tələbə kreditindən (TTK) yararlanan tələbələrin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan AZƏRTAC-a bildirilib ki, bu günə qədər 2758 nəfərə TTK verilib.
Onlardan 970 nəfərin müraciəti sosial TTK, 1788 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Elm və təhsil 2023-03-28 18:27:00