×
A
A
A
Sazlamalar

Azərbaycan Bibliya Cəmiyyətinin sədri: Biz Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizmi bütün dünyaya nümayiş etdirmək istəyirik

Quba, 28 mart, AZƏRTAC

Biz, xristian, müsəlman və yəhudi konfessiyalarının təmsilçiləri buraya Azərbaycanda hökm sürən tolerantlıq və multikulturalizmi nümayiş etdirməkdən ötrü toplaşmışıq. Bu gün biz Quba Soyqırımı Memorial Kompleksində bir xalqın digər xalqa qarşı törətdiyi vəhşilik, zorakılıq və ədavət faktlarını gördük.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov bildirib.
“Biz xristianlar uzun illər bundan əvvəl baş verənləri qətiyyətlə pisləyirik. Soyqırımının iddia müddəti yoxdur. Biz həmin hərəkətləri pisləməkdən ötrü, Azərbaycanda yaşayan bütün xalqlara – ləzgi, rus, yəhudi və digər millətlərə sevgimizi ifadə etməkdən ötrü buradayıq. Çünki Azərbaycan çoxmillətli, multikultural ölkədir. Azərbaycan xalqı tərəfindən başqa xalqlara münasibətdə heç vaxt təzyiq olmayıb”, - deyə R.Xəlilov vurğulayıb.

Regionlar 2023-03-28 17:27:00