×
A
A
A
Sazlamalar

Bakının Müzəffər Nərimanov küçəsində cari təmir işləri aparılır

Bakı, 28 mart, AZƏRTAC

Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Nizami rayonu, Müzəffər Nərimanov küçəsində (Heydər Əliyev prospektindən Pəhlivan Fərzəliyev küçəsinə qədər olan hissədə) cari təmir işləri icra olunur.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 325 metr təşkil edən sözügedən hissədə köhnə və yararsız asfalt-beton örtüyü frezlənib, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

İqtisadiyyat 2023-03-28 17:07:00