×
A
A
A
Sazlamalar

GDU-da “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində görüş keçirilib

Gəncə, 28 mart, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin əməkdaşları ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin rektoru Yusif Yusibov qonaqları salamlayaraq, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsinin önəmindən danışıb. İnnovasiyalar Mərkəzinin sektor müdiri Şəbnəm Məmmədova və baş layihə meneceri Zinəddin Babayev “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində görülən işlərdən və bir sıra beynəlxalq startap layihələrindən söz açıblar.
Sonra İnnovasiyalar Mərkəzinin əməkdaşları universitet tələbələri ilə görüş keçirib. İnnovasiyalar Mərkəzinin sektor müdiri Şəbnəm Məmmədova və baş layihə meneceri Zinəddin Babayev “Gələcək üçün bacarıqlar” layihəsi barədə ətraflı məlumat veriblər.
Qeyd edilib ki, layihənin əsas məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf və ixtira sahəsinə yönləndirilməsidir.
Tədbirin sonunda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

Regionlar 2023-03-28 15:42:11