×
A
A
A
Sazlamalar

Qubada tələbələr “Təhsildə regional idarəetmə” mövzusunda məlumatlandırılıblar

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzinin dəstəyi ilə “Tələbələrin İnkişaf və Əməkdaşlıq Platforması” layihəsi davam edir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Quba rayonunda təhsilin idarə edilməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr üçün təşkil edilmiş “EduCamp 2023” tələbə düşərgəsinin növbəti günü uğurla yekunlaşıb.
Düşərgənin dördüncü günündə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini Ülkər Babayevanın təqdimatında “Təhsil siyasəti, beynəlxalq tərəfdaşlar, tədqiqatlar” mövzusunda informativ məlumat sessiyası keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Növbəti gün isə Quba-Xaçmaz Regional təhsil idarəsinin müdiri Rüfət Hacıyevin təqdimatında “Təhsildə regional idarəetmə” mövzusunda təlim sessiyası keçirilib, iştirakçılarla birlikdə müzakirələr aparılıb. Sonra ADPU-nun Strateji İnkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyevanın təqdimatında “Beynəlxalq şagird qiymətləndirmə tədqiqatları (PİRLS, PİSA, TİMSS, ICILS) nəyi və necə ölçür?” mövzusunda informativ məlumat sessiyası keçirilib və tələbələrlə birlikdə diskussiyalar aparılıb.

Cəmiyyət 2023-03-28 15:08:00