×
A
A
A
Sazlamalar

Botanika İnstitutunun alimi “İstinadda rekord” diplomu ilə təltif olunub

Bakı, 28 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Mikologiya şöbəsinin müdiri biologiya elmləri doktoru Dilzarə Ağayeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “İstinadda rekord” diplomu ilə təltif olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, diplom D.Ağayevaya AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən təqdim olunub.
Qeyd edək ki, D.Ağayeva 2-si kitab olmaqla 153 elmi əsərin müəllifidir. Alimin 101 məqaləsi “Web of Science” və “Scopus” elmi bazalarına daxil olan yüksək impakt faktorlu xarici jurnallarda çap edilib. Nüfuzlu elmi bazalarda əksini tapan 80 məqaləsinə 836 istinad olunub.

Elm və təhsil 2023-03-28 15:04:00