×
A
A
A
Sazlamalar

Türkiyədə zəlzələdən sonra tutuquşlarına maraq artıb

Bakı, 28 mart, AZƏRTAC

Kahramanmaraşda baş verən zəlzələdən sonra bölgədə tutuquşlarına maraq artıb.
AZƏRTAC Yeni Akit saytına istinadla bildirir ki, insanlar zəlzələni əvvəlcədən hiss etdiyi güman edilən tutuquşları alaraq zəlzələ qorxusuna qalib gəlməyə çalışırlar. Fəlakətdən sonra yaranan stres və narahatlığı aradan qaldırmaq üçün alınan quşlara böyük maraq yaranıb.
Kiçik bizneslə məşğul olan Mehmet Kaleoğlu quşların zəlzələdən əvvəl qısa müddət də olsa bunu hissetmə qabiliyyətinə malik olduğunu deyib: “Heyvan saxlayanlar bu vəziyyəti daha yaxşı anlaya bilər. Hadisədən 3-5 dəqiqə əvvəl quşlar çırpınmağa başlayır, qanadlarını çırparaq yüksək səslə oxuyur, qeyri-adi reaksiyalar verirlər. Zəlzələdən əvvəl biz də quşlarımızın hərəkətlərini müşahidə edərkən, onların reaksiyalarından fövqəltəbii hadisənin olacağını hiss etdik. Bəzən heyvanların anormal hərəkətləri insanları öncədən xəbərdar edir. Tutuquşları, eyni zamanda fəlakətlərdən sonra psixologiyamıza da müsbət təsir edir. Heyvanlara baxmaq, onlara sahiblənmək insana ruhən xoş təəssürat bağışlayır”.

Dünya 2023-03-28 13:53:00