×
A
A
A
Sazlamalar

Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib

Bakı, 28 mart, AZƏRTAC

Kanada İrana qarşı tətbiq etdiyi sanksiyalar siyahısını daha da genişləndirib. Bu dəfə İranın 8 fiziki və 2 hüquqi şəxsinin adlı sanksiyalar siyahısına salınıb.
AZƏRTAC xəbər verir ki, Kanada hökuməti bu şəxsləri Tehranda və İranın digər şəhərlərində keçirilən kütləvi aksiyalarda nümayişçilərə qarşı qəddar davranmaqda və insan hüquqlarını kobudcasına pozmaqda ittiham edib. Adı sanksiyalar siyahısına salınanlar arasında ballistik raket istehsalı ilə məşğul olan müəssisə rəhbərləri də var. Onlar regionda sabitliyi pozmaqda təqsirləndirilir.
Sanksiyalara əsasən, bu şəxslərin Kanadaya girişi qadağan olunub və onların Kanada banklarındakı maliyyə aktivləri dondurulacaq.

Dünya 2023-03-28 12:28:00