×
A
A
A
Sazlamalar

Beyləqanda pambıq becərən fermerlərlə müqavilə bağlanıb

Beyləqan, 28 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Beyləqanda fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə hazırlaşırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, indiyədək 6243,3 hektar sahə şumlanıb. Bu günədək 1294 istehsalçı ilə 3092,1 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 2500 hektarı “Azərpambıq” MMC və 800 hektarı “P-Agro” MMC ilə olmaqla, 6392,1 hektarda pambıq əkini üçün müqavilə bağlanıb.
Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə aprel ayının birinci yarısında başlanacaq.

Kənd təsərrüfatı 2023-03-28 12:23:53