×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda yol ötürücüsündə aparılan təmir işləri sona çatıb

Bakı, 28 mart, AZƏRTAC

Avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən zəruri yerlərdə cari təmir işlərinin icrası davam edir.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsi) yerləşən yol ötürücüsündə temperatur tikişləri bərpa edilib.
Aparılan təmir işlərindən sonra nəqliyyatın hərəkəti tam təmin olunub.

İqtisadiyyat 2023-03-28 11:44:00