×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ölkə ərazisində 42 halda yanğına çıxış olub

Bakı, 28 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 42 halda yanğına çıxış, üç halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla 7 nəfər xilas edilib, həmçinin Abşeron rayonunun Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobili və “İveco” markalı yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilində sıxılmış vəziyyətdə qalan bir nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Cəmiyyət 2023-03-28 11:42:00