×
A
A
A
Sazlamalar

Paytaxt sakinini hədələyərək pulunu aldılar

Bakı, 28 mart, AZƏRTAC
Paytaxt sakinini hədələyərək pulunu aldılar.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, martın 26-da saat 23 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 2 nəfərin Bakı şəhər sakini S.Məmmədovu bıçaqla hədələyib 45 manatını talamaları barədə polisə məlumat daxil olub.
Quldurluq əməlində şübhəli bilinən paytaxt sakinləri Ricat Cəfərov və əvvəllər məhkum olunmuş Turan Alıyev Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən olunaraq saxlanılıblar.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Cəmiyyət 2023-03-28 11:12:00