FHN təhlükəli kranın fəaliyyətini dayandırıb VİDEO
Bakı, 28 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 16-cı kilometr ünvanında yerləşən “Kaspian Speşialist Servises” QSC-yə məxsus körpülü kranda plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı göstərilən ünvanda aparılan işlərlə əlaqədar körpülü kranın istismarı zamanı texniki nəzarətin təşkili üzrə cavabdeh şəxslərin təyin edilmədiyi, kranın tam texniki və ekspertiza müayinəsindən keçirilmədiyi müəyyənləşdirilib.
Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, agentliyin mütəxəssisləri tərəfindən qayda pozuntuları aradan qaldırılanadək körpülü kranın istismarı dayandırılıb və bununla bağlı akt tərtib olunub.
Bakıda Qafqaz Albaniyası mövzusuna həsr olunmuş XI beynəlxalq elmi konfrans başa çatıb
FHN: “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb VİDEO
“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub