×
A
A
A
Sazlamalar

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması regional sülh və inkişaf üçün vacibdir - Donfrid

Bakı, 27 mart, AZƏRTAC

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması regional sülh və inkişaf üçün vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı vurğulayıb.
Telefon söhbəti zamanı son vaxtlar bölgədə gərginləşən vəziyyətdən narahatlıq ifadə olunub, bütün anlaşılmazlıqların danışıqlar yolu ilə həllinə çağırış edilib. ABŞ tərəfinin prosesə dəstək verməyə hazır olduğu bildirilib.

Siyasət 2023-03-27 21:43:00