×
A
A
A
Sazlamalar

“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə yeni aksiyaya start verilib

Bakı, 27 mart, AZƏRTAC
Su ekosisteminin mühafizəsi və gələcək nəsillər üçün davamlılığının qorunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Təmiz hövzələr” devizi altında “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” şüarı ilə yeni aksiyaya başlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas hədəfi ölkənin su hövzələrində nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin dəstəyi ilə balıq ehtiyatlarının mühafizəsi, qorunması işini möhkəmləndirmək və onların təbii populyasiyasının artmasına nail olmaqdır.
Su ekosisteminin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən su hövzələrində rast gəldikləri sintetik torlar barədə nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, eləcə də teleqram kanalında yaradılmış qrupa (https://t.me/+tb9ED95-my9iOTIy) dəqiq koordinatlar göstərilməklə məlumat vermələri xahiş olunur. Anonimliyiniz nazirlik tərəfindən təmin olunacaq.
Gəlin təbiətimizə dost münasibət bəsləyək, su hövzələrimizi birlikdə qoruyaq!

Ekologiya 2023-03-27 19:00:00