×
A
A
A
Sazlamalar

Yasamal rayonunda ictimai iaşə müəssisəsində nöqsanlar aşkar edilib

Bakı, 27 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Yasamal rayonunda Zahid Xəlilov küçəsi, 42-44 ünvanında fiziki şəxs Həsənov Yusif Rafiq oğluna məxsus ictimai iaşə müəssisəsində plandankənar yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı və işçilərin dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib. Həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinə dair müqavilə ilə akt yoxlamaya təqdim olunmayıb.
Aşkarlanmış pozuntularla əlaqədar müəssisənin sahibi inzibati qaydada məsuliyyətə cəlb edilib. Həmçinin müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub. Eyni zamanda müəssisənin rəhbərliyinə icrası məcburi göstərişlər verilib və qanunvericiliyin tələbləri izah edilib.

Sosial 2023-03-27 17:07:00