×
A
A
A
Sazlamalar

Martın 27-də Azərbaycanda COVID-19 infeksiyasına 22 yoluxma faktı qeydə alınıb

Bakı, 27 mart, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 22 yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 829 min 420 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 109 nəfər müalicə olunaraq sağalıb, 10 min 171 nəfər vəfat edib. Aktiv xəstə sayı 140 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 682, bu günə qədər isə ümumilikdə 7 milyon 553 min 691 test icra olunub.

Səhiyyə 2023-03-27 16:40:00