İqtisadiyyat nazirinin müavini Tərtərdə vətəndaşları qəbul edəcək
Bakı, 27 mart, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov martın 30-da Tərtər rayonunda (ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti, 46, Gənclər Mərkəzi) Tərtər və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən keçiriləcək. Qəbula gəlmək istəyən Tərtər və Bərdə rayonlarından olan vətəndaşlar İqtisadiyyat Nazirliyinin “195-1” Çağrı Mərkəzində və ya rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığını bütün dünyaya bəyan edən növbəti mesajdır
Taxıl biçini-2023: Respublika üzrə arpa sahələrinin 23 faizində biçin başa çatıb
ADAU-nun ixtisası beynəlxalq akkreditasiyadan keçib
Azərbaycanda yaradılan ilk mavigilə təsərrüfatından - REPORTAJ
Ağcabədidə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb VİDEO