“Azəriqaz”ın rəhbərliyi Ağdaşda sahibkarların problemlərini dinləyəcək
Bakı, 27 mart, AZƏRTAC
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) Ağdaş rayonunda “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü təşkil olunacaq.
Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aksiya Ağdaş şəhəri, Habil Əliyev adına musiqi məktəbində baş tutacaq. “Səyyar qəbul otağı” martın 29-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
KOBİA nümayəndələri daha bir müəssisənin fəaliyyəti ilə tanış olublar
DGK: Dörd ayda ixrac edilən polipropilenin dəyəri 44,2 milyon dollar olub
İxrac olunan polietilenin həcmi açıqlanıb
“Yaşıl iqtisadiyyat”a keçid müasir dövrün aktual məsələlərindən biridir