×
A
A
A
Sazlamalar

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun növbəti iclası keçiriləcək

Bakı, 27 mart, AZƏRTAC

Martın 28-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında iclası keçiriləcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda “Kommunal xidmətlərə (elektrik təchizatı şəbəkəsinə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində və İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planında, eləcə də “Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə Kommunikasiya Strategiyası”nda nəzərdə tutulan tədbirlərin icra vəziyyətinə dair 2022-ci il üzrə hesabatlar müzakirə ediləcək, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində aparılmış islahatlara dair görülən işlər barədə məlumatlar veriləcək.

 

Energetika 2023-03-27 15:51:00