Pirallahı rayonu istiqamətində bəzi marşrutların hərəkət sxemi dəyişəcək
Bakı, 27 mart, AZƏRTAC
"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən martın 29, 30 və 31-də Pirallahı rayonu ərazisində Dübəndi-Zirə mənzili 31 kilometr pk 3-də və Zirə-Gürgan mənzilinin 35 kilometr pk 9-da qorunmayan dəmir yolu keçidlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcək.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq 150, 152, 180 və 187 nömrəli müntəzəm marşrutların hərəkət sxemi alternativ küçələrlə təşkil ediləcək.
Paytaxtın müxtəlif ərazilərində 231 avtobusun hərəkət intervalında gecikmələr var
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
Bakı-Tbilisi reysini yerinə yetirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir