×
A
A
A
Sazlamalar

Azərbaycan alimləri Türkiyədə Beynəlxalq Enerji Konqresində çıxış ediblər

Bakı, 27 mart, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavinləri Ramil Hüseyn və Rəşad Hüseynov Türkiyənin Nişantaşı Universitetinin təşkilatçılığı ilə onlayn keçirilən “I Beynəlxalq Enerji Konqresi”nə qatılıblar.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, İİTKM-in təmsilçiləri onlayn konfransın “Dünya iqtisadiyyatlarında enerjinin gələcəyi üçün hazırkı inkişaflar” mövzusunda panel müzakirəsində “Xəzər dənizinin Azərbaycan sektorunun yaşıl enerji resursları: potensial və gözlənilən faydalar” mövzusunda çıxışlar ediblər.
Onlar son illərdə Azərbaycanda yaşıl enerjinin istehsalını artırmaq və ixracını həyata keçirmək istiqamətində görülən işlərdən, ölkəmizlə Avropa arasında yaşıl enerji dəhlizinin yaradılması məsələsindən danışıblar. Yaşıl enerjiyə keçidin Azərbaycan və region ölkələri üçün siyasi, iqtisadi, sosial və ekoloji faydalarını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

 

Energetika 2023-03-27 14:55:00