Energetika naziri Almaniyaya səfər edib
Bakı, 27 mart, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Almaniyanın federal xarici işlər naziri Annalena Berbok və Almaniyanın iqtisadiyyat və iqlim naziri, vitse-kansler Robert Habekin dəvəti ilə Almaniyaya səfər edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir martın 28-29-da Berlində təşkil olunacaq “9-cu Berlin Enerji Keçidi Dialoqu” adlı beynəlxalq konfransda iştirak edəcək.
Müxtəlif ölkələrdən nazirlərin, beynəlxalq təşkilat və maliyyə institutlarından yüksək səviyyəli nümayəndələrin qatılacağı tədbirdə energetika nazirinin çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
DGK: Dörd ayda ixrac edilən polipropilenin dəyəri 44,2 milyon dollar olub
İxrac olunan polietilenin həcmi açıqlanıb
“Yaşıl iqtisadiyyat”a keçid müasir dövrün aktual məsələlərindən biridir