×
A
A
A
Sazlamalar

Təcili tibbi yardım xidməti gücləndirilmiş iş rejimində çalışıb

Bakı, 27 mart, AZƏRTAC

Bayram günlərində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib.
TƏBİB-dən AZƏRTAC-a verilən məlumata görə, “103” Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.
Təcili tibbi yardım xidməti gün ərzində 2 min 100 – 2 min 200 çağırış icra edib. Çağırışlar əsasən respirator xəstəliklər, arterial təzyiqin qalxması, travmalar və digər səbəblərlə bağlı olub.
Eyni zamanda bayram günlərində Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar xidmətə çağırışlar daxil olub.
Xəsarət alan şəxslərdən 57 nəfərə ilkin tibbi yardım göstərilib, müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

Səhiyyə 2023-03-27 12:19:00