İnformasiya və rabitə müəssisələri 459,3 milyon manatlıq xidmət göstərib
Bakı, 27 mart, AZƏRTAC
Yanvar-fevral aylarında informasiya və rabitə müəssisələri tərəfindən 459,3 milyon manatlıq xidmət göstərilib. Onun da 71,2 faizi əhali tərəfindən istehlak olunub.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,7 faiz çoxdur.
Xidmətlərdən əldə edilən gəlirin 37,8 faizi və ya 173,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Rəqəmsallaşma ölkənin qlobal miqyasda rəqabət qabiliyyətini və investisiya cəlbediciliyini artırır
® İnnovativ mükəmməlliyin tanınması: Samsung 17-ci ildir ki, qlobal TV bazarına liderlik edir