“Qalatasaray”ın baş məşqçisi: “Qarabağ”ın oyununu bəyəndim
Bakı, 26 mart, AZƏRTAC
“Qarabağ” çox yaxşı komandadır. Xeyli sayda futbolçusu millidə oynayır. Bizim də bir neçə oyunçumuz milliyə dəvət olunub.
AZƏRTAC xəbər verir ki, bunu “Qarabağ” klubu ilə Bakıda xeyriyyə oyunu keçirən “Qalatasaray”ın baş məşqçisi Okan Buruk matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis qeyd edib ki, bu matçda özünü ön plana çıxaran çox oyunçu oldu. “Qarabağ”ın oyununu bəyəndim. Yaxşı baş məşqçiyə sahibdirlər. "Qarabağ"dan əlavə digər klublarda da çıxış edən futbolçular heyətə cəlb olunmuşdu. Çox yaxşı oynadılar. Yaxşı konsentrasiya olmuşdular. Avrokubok matçı oynayırmış kimi çıxış etdilər. Biz eyni kosnentrasiyasını yaşaya bilmədik.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyunu “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu oyun qardaş Türkiyədə baş vermiş “Əsrin fəlakəti”nin - güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə təşkil olunub.
“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk edib
Türkiyəli mütəxəssis Şirvanda yeniyetmə voleybolçularımızın yarışını izləyib
Taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert olub
Azərbaycan Premyer Liqasında 36-cı turun son iki görüşünün təyinatları müəyyənləşib
“Qəbələ” tarixində səkkizinci dəfə avrokuboklara vəsiqə qazanıb