×
A
A
A
Sazlamalar

Xaçmazda minik avtomobilləri toqquşub, 4 nəfər xəsarət alıb

Xaçmaz, 26 mart, Elxan Yusifli, AZƏRTAC

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində "VAZ-21012" və "Şkoda" markalı minik avtomobilləri toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə nəticəsində Daşdəmirov Nazxanım Soltanəli qızı, Daşdəmirova Lamiyyə Mansur qızı, Qasımova Naidə Əliskəndər qızı və Zülfüqarov Alim Aydın oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2023-03-26 21:12:00