“Qarabağ” – “Qalatasaray” xeyriyyə oyununun birinci hissəsi başa çatıb
Bakı, 26 mart, AZƏRTAC
Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında Bakı Olimpiya Stadionunda keçirilən xeyriyyə oyununun birinci hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, FIFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda hesabı “Qalatasaray” açıb. Matçın 4-cü dəqiqəsində İstanbul təmsilçisinin heyətində Bafetimbi Qomis fərqlənib. Görüşün 19-cu dəqiqəsində “Qarabağ”ın oyunçusu Redon Cica hesabı bərabərləşdirib.
Matçın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşdən əldə olunan gəlir Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Çingiz Hüseynzadə: Artıq velosiped yalnız idman deyil, həm də həyat tərzidir
Azərbaycanın kişi güləşçiləri dünya çempionatında 5 medal qazanıblar
Karate üzrə Azərbaycan çempionatına start verilib
Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri daha iki medal qazanıblar
Azərbaycan ağırlıqqaldıranları Doha Qran-prisində iştirak edəcəklər