Paytaxt havasında dispers toz hissəciklərinin miqdarı normadan yuxarı olub
Bakı, 26 mart, AZƏRTAC
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.6, dəm qazı 1.7, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1.2, Sumqayıt şəhərində 1.4 dəfə normadan yüksək müəyyən edilib.
Havada müşahidə olunan toz transsərhəd xarakterlidir, dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.
Qarabağ və Şərqi Zəngəzurun “Qırmızı kitab”ının hazırlanması nəzərdə tutulub
Ötən gün havanın temperaturu iqlim normasından 3.4° yuxarı olub
Sabah paytaxtda 31, bəzi bölgələrdə isə 35 dərəcə isti olacaq