Laçın-Xankəndi yolu: Sülhməramlıların avtomobil karvanı keçib
Şuşa, 26 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 27 təminat və 2 minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
Los-Ancelesdə ölkəmizin Müstəqillik Günü və Ulu Öndərin 100 illiyi qeyd olunub
Azərbaycanla Mərakeş arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb