Sülhməramlılara məxsus üç avtomobil Xankəndiyə gedib
Şuşa, 26 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat və bir minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Ceyhun Bayramov: Azərbaycan müxtəlif platformalarda səmərəli çoxtərəfli əməkdaşlığın tərəfdarıdır
Milli Məclisin növbədənkənar sessiyasında ilk iclası keçirilib
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
Los-Ancelesdə ölkəmizin Müstəqillik Günü və Ulu Öndərin 100 illiyi qeyd olunub