“Qarabağ” və “Qalatasaray”ın xeyriyyə oyunu üçün start heyətləri açıqlanıb
Bakı, 26 mart, AZƏRTAC
Bakı Olimpiya Stadionunda xeyriyyə oyunu çərçivəsində üz-üzə gələcək Ağdamın "Qarabağ" və Türkiyə "Qalatasaray" klublarının start heyətləri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Amin Ramazanov, Maksim Medvedev, Rahil Məmmədov, Kevin Medina, Donald Gerye, Julio Romao, Qara Qarayev, Leandro Andrade, Adama Diakabi, Abdullah Zubir və Redon Cica yer alıblar.
"Qalatasaray"ın heyətində meydana Okan Koçuk, Leo Dyubua, Matias Yensen, Emre Taşdemir, Kaan Ayhan, Yunus Akgün, Nikolo Zanyolo, Bafetimbi Qomis, Berkan Kutlu, Serjiu Oliveyra və Yusuf Demir çıxacaqlar.
Qeyd edək ki, “Qarabağ” - “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.
Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq məqsədilə maarifləndirici seminar təşkil edilib
"Tottenhem" Avropa Liqasının qalibi olub
“Barselona” baş məşqçisi ilə yeni müqavilə imzalayıb
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
Azərbaycan minifutbol millisinin üzvü: Bəhreynlə keçirdiyimiz matç çox ağır oldu