Serbiya və Macarıstan Təhlükəsizlik Məsələləri üzrə Strateji Şura yaradacaq
Bakı, 26 mart, AZƏRTAC
Serbiya və Macarıstan təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək üçün Strateji Şura yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç “TV Pink” telekanalına müsahibəsində bildirib.
“Strateji Şuranın yaradılması bizə təhlükəsizlik məsələlərində və terrorizmlə mübarizədə daha səmərəli əməkdaşlıq etməyə imkan verəcək. Bu, bizə silahlı qüvvələr və hüquq-mühafizə orqanları səviyyəsində əməkdaşlıq etmək imkanı verəcək”, - deyə A.Vuçiç qeyd edib.
Serbiya Prezidenti bildirib ki, Strateji Şuranın formalaşdırılması ilə əlaqədar yüksək səviyyəli iclas keçiriləcək, iclasda Macarıstan Prezidenti və hər iki dövlətin hökumət üzvləri iştirak edəcək. Tədbirin may ayında Belqrad və ya Novi Sadda baş tutacağı gözlənilir.
Kubanın Baş naziri Rusiyaya rəsmi səfər edib
General Mark Milli: ABŞ və Çin münaqişə deyil, konfrontasiya vəziyyətindədir
Bu gün Türkiyədə Nazirlər Kabinetinin yeni tərkibdə ilk iclası keçiriləcək
Avstriyanın ana müxalifət partiyasının sədr seçimində qalmaqal yaşanıb
Gürcüstanın sərhəd-keçid məntəqələrində üztanıma sistemləri quraşdırılacaq