Sülhməramlıların avtomobili aksiya ərazisindən keçib
Şuşa, 26 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Laçın şəhərinə qayıdış başlandı
Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin qürur səhifəsidir
Azərbaycan zəngin dövlətçilik tarixinə malik olan xalqdır
Azərbaycan Xalq Cümhuriyyəti - xalqımızın milli iradəsinin məhsulu
Hindistanda ölkəmizin Müstəqillik Günü və Ümummilli Liderin 100 illiyi qeyd edilib