BQXK-nın yeddi avtomobili Xankəndiyə geri dönüb
Şuşa, 26 mart, Elmir Səftərov, AZƏRTAC
Ekoaksiya iştirakçıları martın 26-da Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Laçından Xankəndi istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.
AZƏRTAC xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndiyə doğru hərəkət edən BQXK-ya məxsus yeddi minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub. Qeyd edək ki, səhər saatlarında dördü yük olmaqla 11 avtomobil Laçın istiqamətinə getmişdi.
Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
Los-Ancelesdə ölkəmizin Müstəqillik Günü və Ulu Öndərin 100 illiyi qeyd olunub
Azərbaycanla Mərakeş arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb