Zlatan İbrahimoviç Azərbaycan ilə oyunu buraxa bilər
Bakı, 26 mart, AZƏRTAC
Futbol üzrə İsveç yığmasının kapitanı Zlatan İbrahimoviç “Avro-2024”ün Azərbaycan millisinə qarşı seçmə mərhələ oyununu buraxa bilər.
AZƏRTAC xəbər verir ki, 42 yaşlı hücumçu zədə səbəbindən komandasının son məşqində iştirak etməyib. Əvəzində isə xəstəlikdən sağalan Albin Ekdal sıraya qayıdıb.
Qeyd edək ki, martın 27-də Solna şəhərindəki "Frends Arena"da keçiriləcək İsveç-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
“Şamaxı” Azərbaycan Premyer Liqasını tərk edib
Türkiyəli mütəxəssis Şirvanda yeniyetmə voleybolçularımızın yarışını izləyib
Taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert olub
Azərbaycan Premyer Liqasında 36-cı turun son iki görüşünün təyinatları müəyyənləşib
“Qəbələ” tarixində səkkizinci dəfə avrokuboklara vəsiqə qazanıb