Bəxtiyar Quliyev: “Strict curl” hərəkəti Azərbaycanda yetərincə populyardır
Bakı, 26 mart, AZƏRTAC
Stronqmen və “strict curl” üzrə Azərbaycan çempionatlarında paytaxtla yanaşı, müxtəlif şəhər və rayonlardan 70-dən çox atlet iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyev martın 26-da jurnalistlərə müsahibəsində deyib.
Stronqmen yarışlarının açıq yaş qrupu üzrə yalnız kişilər arasında təşkil olunduğunu bildirən B.Quliyev deyib ki, bu növ üzrə yarışlar iki hərəkət üzrə keçirilir. İki hərəkətin cəmində ölkə çempionunun adına aydınlıq gələcək. “Strict curl” yarışlarında kişilər ilə bərabər, qadınlar da güclərini sınayırlar.
O qeyd edib ki, “Strict curl” hərəkəti hazırda dünyada olduğu kimi, Azərbaycanda da yetərincə populyardır. Bütün fitness zallarında bu hərəkət icra olunur, həvəskar və peşəkarlar arasında ən sevimli hərəkətdir. ASF-in təşkilatçılığı ilə artıq üçüncü dəfədir ki, bu hərəkət üzrə ölkə çempionatı keçirilir. Həmçinin bu hərəkət üzrə beynəlxalq turnirlərdə uğur qazanmış idmançılarımız yetərincə çoxdur.
Cari il idmançılarımızı ciddi sınaqlar gözlədiyini diqqətə çatdıran federasiya rəsmisi qeyd edib: “Bu il Rusiya, Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-da keçiriləcək mötəbər yarışlara dəvət almışıq. Ümid edirəm ki, bu il də idmançılarımız uğurla çıxış edib, üçrəngli bayrağımızı yüksəklərə qaldıracaq və himnimizi səsləndirəcəklər”.
Remxi Rudolf: Gücümüzü “Əziz Şuşa” yarışının dağ mərhələlərinə saxlamışıq
Elnarə Musayeva: “Əziz Şuşa” veloturunun üçüncü mərhələsi velosipedçilər üçün sürətli olacaq
Azərbaycanın yeddi boksçusu beynəlxalq turnirin finalına vəsiqə qazanıb
“Əziz Şuşa” veloturunun üçüncü mərhələsinə start verilib VİDEO