Sülhməramlılara məxsus daha bir avtomobil Laçın istiqamətinə gedib
Şuşa, 26 mart, Elmir Səftərov, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edir.
AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçına doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha bir minik avtomobili aksiya ərazisindən maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Yekaterinburqda Azərbaycanın Müstəqilliyi Günü və Ümummilli Liderin 100 illik yubileyi qeyd olunub
Şahbaz Şərif: Pakistan Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dəstəyini davam etdirəcək
İsveçin paytaxtında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Azərbaycanla Türkmənistan arasında konsulluq məsələləri müzakirə olunub