Lənkəranda keçirilən aksiya zamanı 316 litr şüşə tullantı təhvil verilib
Bakı, 26 mart, AZƏRTAC
"Bir ağac-min nəfəs" devizi altında növbəti “Tullantıları tinglərə dəyiş” tingpaylama aksiyası Lənkəranda yerləşən "Bazarstore" marketin qarşısında keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazirlik və "Bazarstore" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən aksiya zamanı vətəndaşlar tərəfindən ümumi tutumu 316 litr olan şüşə tullantı təhvil verilib və əvəzində onlara ağac tingləri paylanılıb.
Qeyd edək ki, Lənkəranda keçirilən aksiyada vətəndaşlar olduqca fəal iştirak edib, aksiyalar müddətində ən çox şüşə tullantı burada təhvil verilib.
Nazirlik hər kəsi aksiyalarda bu cür fəal iştirak etməyə, təbiətə töhfə verərək tullantıların sayının minimuma endirilməsinə və təkrar emalına dəstək olmağa çağırır.
Tingpaylama aksiyalarının keçirilməsi ilə bağlı elanlar nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılır.
Qarabağ və Şərqi Zəngəzurun “Qırmızı kitab”ının hazırlanması nəzərdə tutulub
Ötən gün havanın temperaturu iqlim normasından 3.4° yuxarı olub
Sabah paytaxtda 31, bəzi bölgələrdə isə 35 dərəcə isti olacaq