Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
Cəlilabad, 26 mart, İlkin Adıyev, AZƏRTAC
Cəlilabad rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində rayon sakinləri - 2004-cü il təvəllüdlü Rəvan Babayev, 1993-cü il təvəllüdlü Ramiz İbayev və 2005-ci il təvəllüdlü Sahil Əhmədov xəsarət alıblar. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gəncədə MDB dövlətlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 76-cı iclası keçirilib
Ağcabədidə avtomobillərdə konstruksiya dəyişikliyi edən sürücülər barədə tədbirlər görülüb
ADAU-nun bir qrup əməkdaşı Sloveniyanın Nova Gorica Universitetində olub
Xaçmazda narkotik əməliyyatında 3 nəfər saxlanıldı
Şəhid–rəssam Rauf İbadovun fərdi sərgisi - “Sizə yadigar qalsın”